Dünya Çempionatını izləyən şəxs iflic oldu – ŞOK SƏBƏB

Dünya Çempionatını izləyən şəxs iflic oldu – ŞOK SƏBƏB
DÜNYA
11:52 09.12.2022
344

Cao adlı şəxs 2022-ci il Dünya Çempionatının oyunlarını fasiləsiz izləmək üçün günlərlə yuxusuz qaldıqdan sonra üz iflici olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çinin Uhan şəhərində yaşayan 26 yaşlı gənc hər qrup matçını izləmək üçün gündə iki saat yuxu yatıb.

Cao başına gələnləri belə izah edib:

"Matça baxdıqdan sonra iki saat yatdım və oyananda özümü çox yorğun hiss etdim. Yuxusuz olduğumu düşündüyüm üçün vəziyyətdən asılı olmayaraq günümə davam etdim. Motosiklet sürərkən soyuq havadan dodaqlarım birdən yan əyildi və göz qapaqlarımı tərpədə bilmədim”.

Vəziyyəti daha da pisləşən Cao xəstəxanaya gedib. Həkimlər Caoya üz iflici diaqnozu qoyub və izah ediblər ki, onun yuxusuzluğu buna səbəb olub.

Ayşən

OXŞAR XƏBƏRLƏR