Dünya Çempionatının final matçında əlamətdar görüş baş verib.
AZXEBER.COM xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən axşam Dünya Çempionatının finalı üçün getdiyi Qətərdə amerikalı iş adamı İlon Mask ilə görüşüb.
Tribunada görüşən və əl sıxan prezidentlə iş adamı bir müddət söhbət edib.
Qeyd edək ki, Ərdoğan 2022-ci il futbol üzrə Dünya Çempionatının bağlanış mərasiminə qonaq dövlət və hökumət başçıları ilə qatılıb. Ərdoğan daha sonra Lusail stadionunda oynanılan Argentina-Fransa final matçına baxıb.
Ərdoğanın İlon Maskla görüşündən fotoları təqdim edirik:
Ayşən