Dünya Ərzaq Proqramı: Qəzzaya yardım artırılmalıdır

Dünya Ərzaq Proqramı: Qəzzaya yardım artırılmalıdır
DÜNYA
13:04 29.07.2025
137
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Qəzza zolağına ərzaq yardımının əhəmiyyətli dərəcədə artırılmasına təcili ehtiyac olduğunu bəyan edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, qurumun sosial şəbəkə hesabında  İsrailin hücumu və blokadası altında olan Qəzzada humanitar böhrana çevrilən aclıqla bağlı mətn və video mesaj paylaşılıb.

Yazıda, "Qərzağın bütün Qəzzada aclara çatmasını təmin etmək üçün təcili yardımın əhəmiyyətli dərəcədə artırılması lazımdır" ifadə edilib.

Yazıda Qəzzada aclığın sürətlə yayıldığı vurğulanıb və Ümumdünya Ərzaq Proqramının üç ay ərzində bütün əhalinin ehtiyaclarını ödəmək üçün kifayət qədər ərzaq ehtiyatına malik olduğu bildirilib.

Yazıda yardım karvanlarının sərhəddən daha tez-tez və gecikdirilmədən keçməsinə çağırış edilib və bunun yalnız atəşkəs əldə ediləcəyi təqdirdə mümkün olacağı bildirilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR