Yeni bir araşdırma 2022-ci ildə bir supernovanın ozon təbəqəsini məhv etdiyini ortaya qoyub.
Tədqiqatçıların fikrincə, yerə bir az da yaxın olsaydı fəlakət baş verərdi.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 2022-ci ilin oktyabrında yerdən 1,9 milyard işıq ili uzaqlıqda partlayan supernova teleskopların diqqətini çəkib.
Bu qamma-şüa partlaması bütün zamanların ən parlaq partlayışı hesab olunur.
Romadakı Milli Astrofizika İnstitutundan astronom Pietro Ubertini açıqlamasında Ozonun qismən tükəndiyini, müvəqqəti olaraq məhv olduğun bildirib.
Tədqiqatçılar deyiblər ki, bu supernova kimi uzaq kosmik hadisələrin ozon təbəqəsini zədələməsi nadir hallarda baş verir. Bununla belə, kəşf edilən bu partlayış planetimizin və onun təbii sistemlərinin kosmik hadisələrə necə reaksiya verdiyini öyrənmək üçün son dərəcə vacibdir.
Nəzrin