"Dünya gözəli-2018"-in qalibi yol qəzasında öldü

"Dünya gözəli-2018"-in qalibi yol qəzasında öldü
MAQAZİN
16:46 03.06.2018
8002
"Dünya gözəli-2018" gözəllik müsabiqəsinin qalibi Saniya Şakirova Qırğızıstanda yol qəzasında həlak olub.

Bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinə istinadən TASS agentliyi məlumat yayıb.

Hadisə İssık-Kul vilayətində Balıqçı-Qaraqol şosesində baş verib. S. Şakirovanın olduğu taksinin sürücüsü idarəetməsini itirib və avtomobil divara çırpılıb. Qəza nəticəsində S. Şakirova həyatını itirib, sürücü isə ağır xəsarət alıb.

Xatırladaq ki, 31 yaşlı Saniya Şakirova üç uşaq anası idi. O bu il martın 28-dən aprelin 4-dək Vyetnamda keçirilən "Dünya gözəli-2018" gözəllik müsabiqəsinin qalibi olmuşdu.
 
///Virtualaz.org
OXŞAR XƏBƏRLƏR