Dünya gözəli Ukraynadakı müharibədə bu hala düşdü - FOTO

Dünya gözəli Ukraynadakı müharibədə bu hala düşdü - FOTO
MAQAZİN
12:06 05.03.2022
1750
Ukraynalı model Dasha Astafieva bunkerdən görüntüsünü paylaşıb.

AZXEBER.COM xəbər verir ki, ukraynalı Dasha Astafiyeva sosial şəbəkədə ölkəsini tərk etmədiyini və evlərinin altındakı sığınacaqda gözlədiklərini söyləyib.

Öz qorxu və təşviş anlarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Astafiyeva ölkəsi üçün bütün dünyadan kömək istəyib.

Yaşadıqları çətin günlərdə ölkəsini tərk etməyəcəyini və Ukrayna ordusuna inandığını bildirib:

"Döyüşçülər, müdafiəçilər, sizə inanırıq. Hamımız birlikdə uğur qazanacağıq. Sizin iradəniz, böyük cəsarətiniz və gücünüzə görə təşəkkür edirik”.
 
Ayşən Mirzəyeva

 

 

 

 


OXŞAR XƏBƏRLƏR