Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzi yaradılacaq

SİYASƏT
23:10 21.01.2020
6334
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Forumun 50 illik yubileyi münasibətilə tədbirin nüfuzlu qonaqları üçün çox məhdud sayda – cəmi 200 ədəd hazırlanan şokolad dəstini dövlətimizin başçısına hədiyyə etdi.

Görüşdə Azərbaycan ilə Davos Forumu arasında münasibətlərin tarixi və onun əhəmiyyəti haqqında fikir mübadiləsi aparıldı. Ölkəmizin regionda iqtisadiyyat, nəqliyyat, infrastruktur sahələrində oynadığı rolun vacibliyi vurğulandı. Azərbaycan Prezidenti İlham Əliyevlə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında ötən il imzalanmış memorandumun davamı kimi bu gün imzalanacaq niyyət protokolunun əhəmiyyəti qeyd edildi. Sənədə əsasən Forumun ölkəmizdə afilə edilmiş regional mərkəzi yaradılacaq.

Söhbət zamanı vurğulandı ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.

Sonra Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalandı.

Sənədi Prezident İlham Əliyev və Forumun prezidenti Borge Brende imzaladılar.

Borge Brende: Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox sağ olun. Bu, bizim əlaqələrimizin yeni səhifəsi üçün yaxşı başlanğıcdır.

Borge Brende: Biz, həmçinin bilirik ki, Siz qarşıya hədəf qoyanda onu həyata keçirirsiniz. Düşünürəm ki, Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq.

Prezident İlham Əliyev: Biz çox fəxr edirik ki, Davos Forumu ilə bu mühüm sənədi imzalayan ilk ölkələr arasındayıq. Bu, həqiqətən də bizim əlaqələrimizdə yeni səhifədir. Ümidvaram ki, gələcək keçmiş qədər uğurlu olacaq.

Borge Brende: Təbrik edirəm. Bütün dəstəyinizə görə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:01 04.07.2020

Sabah havanın temperaturu 38 dərəcə olacaq

12:22 04.07.2020

“Testi pozitiv çıxan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır”

12:00 04.07.2020

DİN: Əməkdaşlarımız məzuniyyətə çıxmadan xidmətlərini davam etdiriblər

11:56 04.07.2020

Bakıda sərt karantin rejimində ad günü keçirdilər - VİDEO

11:35 04.07.2020

ATV-nin aparıcısı: "Bu gün səhər anamın "Artıq nəfəs ala bilmirəm" kəlməsilə oyandım" - FOTO

11:15 04.07.2020

ÜST: Yoluxma sayının artması ilk dalğanın ikinci pik həddidir

11:10 04.07.2020

Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz

10:50 04.07.2020

Paytaxtda yenidən karantin postları qurulub - RƏSMİ

10:47 04.07.2020

Bəhram Bağırzadənin ağciyər və bədəninin reabilitasiyasına başlanıldı

10:43 04.07.2020

Nişan mərasimi edənlər saxlanıldı - Bəy cərimələndi - Foto

10:23 04.07.2020

DYP: İcazəsi olmadan postlardan keçmək istəyən 3158 avtomobil geri qaytarılıb

23:44 03.07.2020

ÜST koronavirusun sürətlə yayıldığı ölkələrə müraciət etdi

23:23 03.07.2020

Britaniyada COVID-19 qurbanlarının sayı 44,1 mini ötdü

22:45 03.07.2020

Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin ipoteka borcu ödənildi

22:31 03.07.2020

"Ev şəraitində idman hərəkətləri edilsin" - Ramin Bayramlı

22:08 03.07.2020

Türkiyədə koronavirusdan sağalanların sayı 178 min nəfəri ötdü