Türkiyənin ən nüfuzlu film festivallarından olan Universal Elmi fantastik və fantastik film festivalının Azərbaycanda keçirilməsi planlaşdırılır.
Bu haqda AZXEBER.COM-a festivalın rəhbəri Filiz Dağ məlumat verib:
"Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin töhfələri ilə Beynəlxalq Elm və İncəsənət Yaradıcıları Assosiasiyası tərəfindən təşkil edilən 2-ci "Universal Elmi Fantastika” və "Fantastika Filmləri Festivalı” bu il Tarixi Atlas Kinoteatrında elmi və təxəyyülü yenidən bir araya gətirir.
Beynəlxalq Elm və İncəsənət Yaradıcıları Assosiasiyasının prezidenti və festivalın icraçı direktoru Filiz Dağın təşkil etdiyi 2-ci "Universal Elmi Fantastika və Fantastika Filmləri Festivalı” vizual effektlər və süni intellektin yaratdığı ABŞ-dan İrana qədər 40-a yaxın ölkənin kino dünyasını 2 ildir ki, İstanbulda qarşılayır.
Festival boyu iştirakçılara dünyaca məşhur texnologiya şirkətlərinin təcrübəsini təqdim edən görüşdə elm və incəsənətin bütövlüyü vurğulanır.
Layihənin rəhbəri Filiz Dağ deyib: "Dünya robotlardan, qalaktikadan, genetikadan, süni zəkadan və rəqəmsal sənət növlərindən danışarkən, bizim buna tamaşaçı olmağımız mümkün deyil”.
Ümumdünya "Elmi Fantastika” və "Fantastika Filmləri Festivalı”nın Cümhuriyyət tarixində bir ilk olduğunu bildirən Filiz Dağ deyib:
"Biz xüsusilə yeni nəslimizi onların maraqlandığı süni intellekt, vizual effektlər, elmi məzmun və hətta oyun dünyası hekayələrinə salamlamaq və bu sahədə məzmun istehsal edənlərə dəstək olmaq istəyirik. Dünya robotlardan, kosmosdan, genetikadan, süni intellektdən, rəqəmsal incəsənətdən, bir sözlə, gələcəyin və cəmiyyətlərin dizaynından danışarkən bizim tamaşaçı qalmaq mümkün deyil”.
O deyib ki, Azərbaycanda məhsul və məzmun istehsalçılarını dünyaya açmaq məqsədimizdir:
"Qardaş ölkədə yeni nəslin istehsalatlarını paylaşmağı, Azərbaycandakı istehsal və məzmun istehsalçılarını dünyaya açmağı hədəfləyirik. Biz elm və texnologiyanı sənət dili ilə çatdırdığımız yeni nəsil festivalıyıq. Həyatımız süni intellekt, robotlar, Metaverse VR, AR, Kosmos, Genetika və kriptovalyutalar tərəfindən dəyişdiriləcəksə, biz indidən bunlara hazırlaşırıq və bu transformasiyada, xüsusən də kino sənayesində azərbaycanlı dostlarımızın öz yerini tutmasını istəyirik”.
Filiz Dağın sözlərinə göeə, "Terminator”, "Jurassic Park”, "I Robot” filmlərinin ulduzları Türkiyəyə gəlirlər:
"Hollivud filmlərinin olduğu festivalın münsiflər heyəti dünya şöhrətli şəxslərdən ibarətdir. Afşin Kum, "Netflix" üçün film çəkən yazıçı Buket Uzuner, Robocop və Iron Man filmlərinin vizual effektlərini edən Mert Kızılay, Terminator, Ninja Turtles, Planet of the Apes, Genisys kimi istehsallardan Cenk Cevdet Kilar, "Oskar" Mükafatına namizəd, məşhur prodüser və rejissor Ümit Ünal, Yura Parkından Fil Tipet, Spaydervik Xronikl, The Twilight Series, I Robotdan Alex Proyas, Color Out of Space-dən Riçar Stenli, Hayk Kirakosyan, Don Doskarelli kimi görkəmli adlar sözügedən festivalda təmsil olunublar”.
2-ci Universal Elmi Fantastika və Fantastika Filmləri Festivalı bu il süni intellekt dizaynlarının dəstəyi ilə hazırlanan posteri ilə kinosevərləri qarşılayıb.
Festivalın direktoru Filiz Dağ və rəqəmsal rəssam Atilla Erkmen tərəfindən imzalanan afişa yeni bir dünyanın kəşfi və oyanışından bəhs edir.
O, zəlzələlər, pandemiyalar və qlobal iqlim böhranı kimi məsələlərə toxunub. Bu il festivalda 5 fərqli kateqoriyada sikkə mükafatları verilib. "Beynəlxalq Film”, "Milli Film”, "Ən Yaxşı Ssenari”, "Ən Yaxşı Vizual Efekt” və "Ən Yaxşı Səs Efekti” kimi mükafatlara layiq görülüb. Dünya şöhrətli adlar da Beynəlxalq və Milli Elmi Fantastika və Fantastika Kinosuna verdiyi töhfələrə görə mükafatlar alıb.
Filiz Dağ bildirib ki, festivalı gələn il Azərbaycanda keçirməyi planlaşdırırlar.