Dünya çempionatının kuboku dünya turu çərçivəsində fevralın 9-da Bakıda olacaq.
AZXEBER.COM Goal-a istinadən xəbər verir ki, kubok "Gənclik Mall” Ticarət Mərkəzində nümayiş etdiriləcək.
Qeyd edək ki, Dünya Kuboku 6,142 kq çəkiyə malikdir və qızıldan hazırlanıb. Mükafatın orijinal dizaynı 1974-cü ildə yaradılıb.
2018-ci il dünya çempionatı 14 iyun - 15 iyul tarixləri arasında Rusiyada keçiriləcək.