Dünya kubokunun qalibi olduq

İDMAN
15:15 26.03.2012
1691

Almaniyanın Heydelberq şəhərində keçirilən Dünya Kuboku yarışlarında iştirak edən cüdoçularımız 4 çəki dərəcəsində Paralimpiya Oyunları öncəsi qüvvələrini sınayıblar.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bazar ertəsi  verilən məlumata görə, 60 kq çəki dərəcəsində Ramin İbrahimov bürünc medala, 90 kq çəki dərəcəsində Zakir Mislimov gümüş medala, komandamızın kapitanı, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev +100 kq çəki dərəcəsində qızıl medala layiq görülüblər.

OXŞAR XƏBƏRLƏR