Dünya liderləri Seulda toplaşır

DÜNYA
15:20 25.03.2012
2209

Cənubi Koreyanın paytaxtı Seulda Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Sammitə son hazırlıqlar başa çatıb. 50-dən çox ölkənin liderlərinin iştirakı ilə martın 26-27-də baş tutacaq sammit üçün güclü təhlükəsizlik tədbirləri görülüb. Sammiti 1500-ə yaxın kütləvi-informasiya vasitəsi işıqlandıracaq.

Nüvə sammitində əsas müzakirələr 5 ölkənin - Cənubi Koreya, Çin, Rusiya, Yaponiya və Amerika Birləşmiş Ştatlarının liderləri arasında aparılacaq. Şimali Koreyanın aprelin ortalarında Yerin süni peykini buraxmaq planı Seulda nüvə sammitində əsas müzakirə mövzusu olacaq.

Sammitdən əvvəl Cənubi Koreyanın prezidenti Li Men Bak bildirib ki, Şimali Koreyanın Yerin süni peykini buraxmaq niyyəti təcili olaraq müzakirə edilməlidir və bu məsələdə 5 ölkənin ortaq mövqeyi artıq mövcuddur. Onun sözlərinə görə, bu mövqe Şimali Koreyanı öz niyyətindən əl çəkməyə razı salmaqdır.

Amerika Birləşmiş Ştatları isə Şimali Koreyanın Yerin süni peykinin buraxılmasını reallaşdıracağı təqdirdə, bu ölkə ilə bütün sazişlərdən, o cümlədən ərzaq yardımı sazişindən imtina edəcəyini bəyan edib. ABŞ prezidenti Barak Obama da nüvə təhlükəsizliyi üzrə beynəlxalq sammitdə iştirak etmək üçün Cənubi Koreyaya yola düşüb. Sabah isə Barak Obama Cənubi Koreya ilə Şimali Koreyanı ayıran demilitarizasiya zonasına baş çəkəcək. Barak Obamanın Seula səfəri ABŞ-la Şimali Koreya arasında münasibətlərin gərginləşməsi fonunda baş tutur.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da nüvə sammitində iştirak edəcək. Bu gün Seula gedən Ərdoğan sabah ABŞ prezidenti Barak Obama ilə təkbətək görüşəcək (anspress).

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb