Dünya liderlərinin ailə həyatı: Kim neçə övlad sahibidir?

Dünya liderlərinin ailə həyatı: Kim neçə övlad sahibidir?
MARAQLI
12:26 17.02.2026
579
Dünya siyasətində mühüm rol oynayan liderlərin fəaliyyəti ilə yanaşı, onların şəxsi həyatı da daim maraq doğurur.
 
Xüsusilə ailə həyatı və övladlarının sayı ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Müxtəlif açıq mənbələrə əsasən, bir sıra dünya liderlərinin neçə övlad sahibi olduğu məlumdur.
 
AZXEBER.COM dünya liderlərinin övladlarının sayını tədim edir:
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 4 uşaq atasıdır.
 
Fransa Prezidenti Emmanuel Makron isə övladı olmayan lider kimi tanınır.
 
ABŞ prezidenti Donald Tramp 5 uşaq sahibidir – onun 3 qızı və 2 oğlu var.

Şimali Koreya lideri Kim Jongun övladları ilə bağlı rəsmi məlumat verilməsə də, medianın təxminlərinə görə onun 3 uşağı var.
 
İspaniyanın Baş naziri Pedro Sançez 2 uşaq atasıdır.

Siyahıda diqqət çəkən isimlərdən biri Dubayın əmiri Məhəmməd bin Rəşid Əl Məktumdur. Onun 26 övladı olduğu bildirilir və bu göstərici liderlər arasında ən yüksək rəqəmlərdən biridir.
 
Monqolustanın keçmiş prezidenti Tsakhiagiin Elbegdorj isə ümumilikdə 25 uşaq sahibidir – onların 4-ü bioloji, 21-i isə övladlığa götürülmüşdür.

İtaliyanın Baş naziri Corca Meloni 1 uşaq anasıdır.   
 
Rusiya Prezidenti Vladimir Putinin isə övladlarının sayı ilə bağlı illərdir müxtəlif iddialar səsləndirilsə də, rəsmi məlumatlar ictimaiyyətə açıqlanmır.

Tunis Prezidenti Kais Said 3 uşaq atasıdır.
 
Cənubi Afrikanın keçmiş prezidenti Ceykob Zuma 20 uşaq sahibidir.
 
Kambocanın uzun illər baş naziri olmuş Hun Sen isə 6 uşaq atasıdır, onlardan biri övladlığa götürülüb.

Almaniyanın kansleri olmuş Olaf Şoltsun övladı yoxdur.
 
Böyük Britaniyanın Baş naziri Kir Starmer uşaqlarının sayı barədə açıq məlumat paylaşılmayıb.
 
Polşanın Baş naziri Donald Tusk 2 uşaq atasıdır.
 
Kanadanın sabiq Baş naziri Castin Trüdon 3 uşaq sahibidir.
 
ABŞ-nin keçmiş Prezidenti Co Baden isə 4 uşaq atasıdır.


OXŞAR XƏBƏRLƏR