Putinin gənclik illəri sirlidir.
ABŞ prezidenti Barak Obama 1983-cü ildə Kolumbiya Universitetini bitirəndən sonra Çikaqoya köçüb. Məlumatlara görə, yeniyetmə yaşlarında Barak Obama spirtli içki, marixuana və kokaindən istifadə edib.
Rusiya prezidenti Vladimir Putinin gənclik illəri sirlidir. Lakin o da məlumdur ki, o, universitet illərində boş vaxtını cüdo məşqlərində keçirirdi.
Almaniya kansleri Angela Merkel. Merkelin ilk evliliyi 1982-ci ildə boşanma ilə bitdi. O, yenidən 1998-ci ildə Berlindən olan kimyaçı professor Yoahim Zauher ilə ailə qurub. Deyilənlərə görə, o, universitet illərində albalı şirəsi və araq içirdi.
Suriya prezidenti Bəşər əl-Əsəd Dəməşqdə ordu həkimi kimi xidmət edib. Sonra Londona köçüb. Ümumiyyətlə isə onun Suriyaya qayıtmaq niyyəti yox idi. Hətta Bəşər Əsədin siyasətə marağının olmadığını da deyirlər.
İsrailin baş naziri Benyamin Netanyahu haqqında bildirilir ki, o, İsrail ordusuna qoşulanda heç 20 yaşı da yox idi. O, 30 yaşına çatmamış artıq İsrail xüsusi təyinatlılarının tərkibində diversiya əməliyyatlarında iştirak edib. O hətta Suriyanın içərisinə doğru basqınlara da başçılıq edib.
İran prezidenti Həsən Ruhani Xomeyniyə sədaqətinə görə 20 yaşlarında bir neçə dəfə həbs olunub. O, Şotlandiyada təhsil alıb. Ruhani fars, ingilis və ərəb dillərində sərbəst danışa bilir. Bundan başqa fransız, alman və rus dillərini də müəyyən səviyyədə bilir. (ANS PRESS)