Dünya mətbuatı Türkiyədəki seçkiləri necə müşahidə edib?

Dünya mətbuatı Türkiyədəki seçkiləri necə müşahidə edib?
DÜNYA
10:52 15.05.2023
142
2-ci tura qalan Türkiyədəki prezident seçkiləri dünyanın gündəmindədir.
 
Dünya mətbuatı Türkiyədəki seçkilərə geniş yer verib. 

13-cü Prezident və 28-ci Dönəm Parlament seçkiləri təkcə Türkiyədə deyil, bütün dünyada yaxından izlənilir. Bəs dünya mətbuatı seçkilərin nəticələrini necə görür?
 
AZXEBER.COM Haberglobal-a istinadən dünyadakı aparıcı xəbər agentliklərinin seçkiləri necə müşahidə etdiyini təqdim edir:

1. AFP xəbər agentliyi "Türkiyənin tarixi seçkiləri fırtınalı gecədən sonra yəqin ki, 2-ci tura gedir” sözləri ilə oxucularına açıqlayıb.

2. Reuters xəbər agentliyi prezident Ərdoğanın səslərinin ilk dəfə 50 faizdən aşağı düşdüyünü yazıb.

3. Amerikanın CNN kanalı da seçkinin əhəmiyyətinə diqqət çəkib. CNN-in xəbərində deyilir ki, "Kritik seçki ikinci tura gedir. Bu, Ərdoğan üçün bir ilkdir".

4. Washington Post isə səslərin sayı ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda prezident Ərdoğanın yarışda liderlik etdiyini şərh edib.

5. Alman mətbuatı da seçkiyə geniş yer verib. Bild qəzeti "Hakimiyyət uğrunda mübarizə” başlığına üstünlük verib. Bildirilib ki, Prezident Ərdoğan CHP-dən namizəd Kamal Kılıçdaroğlundan daha çox səs toplaya bilsə də, birinci turda qalib olmayıb.

6. Financial Times isə, "Ərdoğan 20 illik hakimiyyətini uzatmaq istəyərkən, rəqibi Kılıçdaroğluna qarşı bu günə qədər ən çətin seçki kampaniyasını apardı. NATO üzvü olan Türkiyənin son illərdə beynəlxalq arenada getdikcə daha mühüm rol oynadığı üçün prezident və parlament seçkiləri qlobal əks-səda doğuracaq" -d eyib.
 
7. Guardian isə "Hər iki tərəf qələbəni elan edir. Türkiyədə keçirilən seçkilərdən sonra rekord fəallıqla uzun və gərgin səslərin sayılması aparılıb", - deyı nəşr yazıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR