“Dünya nüvə müharibəsi astanasındadır” – Roma Papası

“Dünya nüvə müharibəsi astanasındadır” – Roma Papası
DÜNYA
11:22 20.09.2023
79
Katoliklərin ruhani lideri və Vatikanın Prezidenti Papa Fransisk bəyan edib ki, dünya nüvə müharibəsi astanasındadır.

AZXEBER.COM xəbər verir ki, Papa Fransisk 1958-1963-cü illər arasında Katolik Kilsəsinin lideri olmuş Papa İoann 23-ün 1963-cü ildə nəşr etdiyi "Pacem is Terris" adlı sülh sirkulyarının 60-cı ildönümü münasibətilə təşkil edilən konfransa mesaj göndərib.

Vatikanın rəsmi nəşri "Vatican News”da yer alan xəbərə görə, Papa mesajında cəmiyyətləri nüvə silahlarını aradan qaldırmağa və adi silahlardan yalnız özünümüdafiə üçün istifadə etməyə çağırıb.

"Dünyamız Ukraynadakı münaqişənin faciəvi vəziyyətində hissə-hissə aparılan üçüncü dünya müharibəsinə davam etsə də, nüvə silahına əl atmaq təhlükəsi də yox deyil”, - Papa bildirib.

Gülay
OXŞAR XƏBƏRLƏR