Nelson Mandelanın cənazə mərasimində 89 dövlət və hökumət başçısı iştirak edəcək.
AZXEBER.COM xəbər verir ki, Cənub Afrika Respublikasının (CAR) lideri Nelson Mandela üçün 15 dekabrda Yohannesburqdakı “FNB” stadionunda təşkil olunacaq rəsmi dəfn mərasimində 89 dövlət və hökumət başçısı iştirak edəcək.Mərasimə ABŞ, Braziliya, Nambiya, Hindistan, Kuba, Fələstin, Əfqanıstan, Almaniya, Fransa prezidentləri ilə yanaşı, Çinin dövlət başçının köməkçisi Li Yuançao və İngiltərə şahzadəsi Çarlz da qatılacaq.CAR-ın əfsanəvi lideri ilə vida görüşü dinlərarası dua hissəsiylə başlayacaq. Daha sonra Nelson Mandelanın iki yaxın dostu ilə nəvəsi çıxış edəcək.Daha sonra ABŞ, Braziliya, Çin, Nambiya, Hindistan və Kuba prezidentlərinin çıxışı da nəzərdə tutulub.Qeyd edək ki, Mandela uzun sürən xəstəlikdən sonra dekabrın 5-də vəfat edib.