Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəldi

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəldi
İDMAN
14:03 06.09.2026
49

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının mövsüm finalında yarımfinala vəsiqə qazanıb.

 

AZXEBER.COM Bizim.Media"ya istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın 1/4 final mərhələsində Monqolustanın "Ulan-Bator Amazons" kollektivi ilə üz-üzə gəlib.

 

Rəqibini 21:18 hesabı ilə üstələyən "ağ-qaralar" yarımfinala yüksəlib.

 

Xatırladaq ki, "Neftçi SOCAR" ötən gün A qrupunda Fransa seçməsini 17:15, Almaniyanı 16:11 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 12:22.

OXŞAR XƏBƏRLƏR