Dünya şöhrətli müğənni Toni Brekston dekabrın 17-18-də Bakıda geniş konsert proqramı ilə çıxış edəcək.Altı dəfə “Qremmi” mükafatı laureatı Toni Brekstonun konserti Heydər Əliyev Sarayında baş tutacaq.Meqastar 90 dəqiqəlik unudulmaz Bakı şousunda repertuarındakı məşhur hitləri, o cümlədən yeni mahnılarını ifa edəcək.