AZXEBER.COM-un məlumatına görə, Rihanna R&B şahzadəsi, beynəlxalq mükafatların, o cümlədən iki "Qremmi" mükafatının sahibi Bakıdakı çoxsaylı pərəstişkarlarını hit mahnılardan ibarət eksklüziv şou ilə sevindirəcək. Rihanna ilə birlikdə ABŞ-dan Bakıya müğənninin 80 nəfərlik komandası da gəlib.Rihannanın Bakıdakı konsertinə müxtəlif ölkələrdən müğənninin çoxsaylı fanatlarının gələcəyi gözlənilir. Onun Bakı konserti musiqi sənayesində piratçılıqla mübarizəyə həsr edilib.Qeyd edək ki, konsert "Universal Music Group"un Azərbaycandakı nümayəndəsi "Omnikomo Music Group" şirkəti tərəfindən təşkil edilib.