2019-cu ildə ərindən boşandıqdan sonra çətin günlər yaşayan müğənni Adel ötən gün ABŞ-da verdiyi konsert zamanı yeriməkdə çətinlik çəkib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, çətin günlər keçirdiyini deyən ifaçı ayaqlarının tutulduğunu deyib:
"Bu günlərdə çətinliklə yeriyə bilirəm. Çox pis sümük ağrılarım var".
Arıqladıqdan sonra tez-tez mahnıları və dəyişiklikləri ilə adından söz etdirən dünya şöhrətli müğənni Adel 2019-cu ildə Simon Konecki ilə boşandıqdan sonra çətin anlar yaşayıb. Gündə 5 dəfə psixoloji terapiya aldığını deyən müğənninin son halı pərəstişkarlarını qorxudub.
Gülay