"Dünya son 10 ilin ən təhlükəli dövrünə qədəm qoyur”
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın paytaxtı Moskvada keçirilən "Valday” Diskussiya Klubunun illik tədbirində çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib.
Çıxışında Qərbə ağır münasibət bildirən Vladimir Putin bildirib ki, ABŞ və müttəfiqləri sonda Rusiya ilə gələcək haqqında danışmalı olacaqlar. Rusiya lideri bəyan edib ki, Qərb ölkələri təhlükəli, çirkin və qanlı oyun oynayır:
"İkinci Dünya Müharibəsinin bitməsindən sonra ən təhlükəli, gözlənilməz və eyni zamanda ən mühüm 10 il qarşıdadır”, - deyə Rusiya prezidenti bildirib.
Ayşən