Dünya təhlükədə! – 2050-ci ilə qədər…

MARAQLI
14:25 31.03.2023
352
Avstraliyalı alimlərin apardığı yeni araşdırma Antarktika buzlaqlarının sürətlə əriməsinin okean axınlarında əhəmiyyətli durğunluğa səbəb olduğunu üzə çıxarıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bu vəziyyətin okeanların karbon qazını udma qabiliyyətini azaldaraq qlobal iqlimə mənfi təsir göstərdiyi barədə xəbərdarlıq ediblər.

Alimlər bildiriblər ki, Şimal və Cənub yarımkürələrində min illərdir nisbətən sabit olan dərin okean axınlarının durğunluğu okeanların atmosferdən karbon qazını udmaq qabiliyyətini azaldır və buna görə də iqlimə mənfi təsir göstərir. 

Avstraliyalı tədqiqatçılar proqnozlaşdırırlar ki, qlobal temperatur artımı indiki templərlə davam edərsə, okeanları yönləndirən dərin su axınları 2050-ci ilə qədər 40 faiz azalacaq.

Aydın

OXŞAR XƏBƏRLƏR