Dünya yeni epidemiya ilə qarşı-qarşıya: Bu ölkədə xeyli yoluxan var

Dünya yeni epidemiya ilə qarşı-qarşıya: Bu ölkədə xeyli yoluxan var
DÜNYA
15:23 27.09.2022
718
Yeni epidemiya təhlükəsi dünyanı qorxuya salıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Suriyada vəba epidemiyası sürətlə yayılmağa başlayıb. Səlahiyyətlilər ölənlərin sayının artdığını açıqlasa da, yoluxma hallarının ən çox olduğu bölgə Türkiyə ilə sərhəddə olub.

İllərdir müharibə şəraitində olan Suriyada vəba epidemiyası sürətlə yayılmağa davam edir. Birləşmiş Millətlər Təşkilatı məsələni "ölkə tarixindəki ən pis epidemiya" kimi qiymətləndirib. Rəsmi məlumatlara görə, bir ayda 338 vəba yoluxması aşkar edilib.

Xüsusilə Hələbin şimalında hadisələrin sürətlə artdığı bildirilib. Hələb və ətrafında 230 nəfərdə vəba aşkarlandığı açıqlanıb. Bölgədə 25 nəfərin vəba xəstəliyindən öldüyü bildirilib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR