Dünya yeni pandemiyanın astanasında - ÜST-dən xəbərdarlıq

SAĞLAMLIQ
13:15 17.11.2023
389
ÜST vətəndaşlara xəbərdarlıqlar edib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, ÜST-nın açıqlamasında diabet epidemiya, yəni pandemiya hesab edirlir. Çünki bütün dünyada şəkərli diabet xəstələrinin sayı dayanmadan artır.
 
Təşkilatın yaydığı aıqlamada həmçinin 2000-ci illərdə dünyada 171 milyon şəkərli diabet xəstəsi olduğu halda, 2025-ci ildə bu rəqəm 380 milyonu keçəcək deyə bildirilib:
 
"Diabet bir laboratoriya diaqnozu deyil. Söhbət təkcə şəkərdən getmir. Bu, bütün orqan və sistemləri, qaraciyər, böyrəklər, ürək, beyin, sinir sistemini, həmçinin mərkəzi sinir sisteminə, mədə-bağırsaq sisteminə təsir edən xroniki xəstəlikdir. Diaqnozu asan qoyulan xəstəlik olmasına baxmayaraq, onun müalicəsi və təqibi xüsusilə fəsadlar baxımından çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı indi diabeti epidemiya, yəni pandemiya hesab edir. Çünki bütün dünyada şəkərli diabet xəstələrinin sayı durmadan artır. 2000-ci illərdə dünyada 171 milyon şəkərli diabet xəstəsi olduğu halda, 2025-ci ildə bu rəqəm 380 milyonu keçəcək".
 
Ümumdünya Səhiyyə Təşkilatı dünya əhalisinin Çin və Hindistandan sonra ən çox diabet xəstəsi sayına Türkiyənin sahib olacağı ilə bağlı proqnozunu da açıqlayıb: "Diabet xəstələrinin sayı getdikcə artacaq. Ən mühüm risk faktoru olan piylənmə bu zaman çox təsirlidir. Bütün bunları nəzərə alıb 45 yaşdan yuxarı insanlar 3 ildən bir müayinədən keçməlidirlər. Ən azından insulin müqaviməti yüksək olan xəstələri qidalanma və həyat tərzi dəyişikliyi ilə onların diabet xəstəliyinə tutulmasının qarşısını ala bilərik".

OXŞAR XƏBƏRLƏR