Ukrayna təcili olaraq Rus əsgərlərinin Çernobıl AES-dən çəkilməsini, əks təqdirdə yeni faciənin meydana gələ biləcəyini elan edib.
AZXEBER.COM xəbər verir ki, Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bildirib ki, Ukrayna Silahlı Qüvvələri fəaliyyətsiz olan Çernobıl AES-də sursat partlaması riski var və obyekti ələ keçirən Rusiya qüvvələri dərhal geri çəkilməlidir.
Belə ki, Ukraynadan Rusiyaya yeni Çernobıl çağırışı edilib. Ukrayna Rusiyadan sursatların partlaması riski ilə əlaqədar Çernobıl zonasından çıxmasını tələb edib.
Ukrayna baş nazirinin müavini dünən İstanbulda keçirilən danışıqlarda Ukraynanın Rusiyadan hücumlardan ən çox zərər çəkmiş kənd və şəhərlərdən 97 humanitar dəhlizin açılmasına icazə verməsini tələb etdiyini açıqlayıb:
"Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından qadağan olunmuş zona olan Çernobılın demilitarizasiyası üçün təcili tədbirlər görməsini və nüvə fəlakəti riskini yenidən minimuma endirmək üçün BMT-nin bölgəyə xüsusi missiyasının başlamasını tələb edirik".
Ayşən Mirzəyeva