Karyerası boyunca bir çox mükafatlar qazanan və dünyaca məşhur əsərləri ilə tanınan bəstəkar, yazıçı Şeldon Harnik dünyasını dəyişib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Harnik filmlər və Brodvey musiqililəri üçün bir çox əsərlər, o cümlədən "Damdakı skripkaçı" əsəri bəstələyib və yazıb.
1950-1960-cı illərdə ortağı Cerri Bok ilə bir çox əsər hazırlayan Harnikin Nyu Yorkda təbii səbəblərdən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Pulitzer və Toni mükafatını qazanan Harnik bir çox serial və filmlərdə də çəkilib.
Mikayıl