xari

Dünyaca məşhur fotoqraf ermənilərin Natəvanın Ağdamdakı qəbrini təhqir etməsindən yazdı - FOTO

SOSİAL
21:37 26.01.2021
468
Dünyaca məşhur fotoqraf Reza Deqati Ağdam şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın məqbərəsinə qarşı həyata keçirilən vandalizmlə bağlı paylaşım edib.

Fotoqraf bu barədə öz "Instagram” səhifəsində məlumat verib.

O qeyd edib ki, məşhur şairə 15 avqust 1832-ci ildə Şuşa şəhərində anadan olub.

R.Deqati izləyicilərinin diqqətinə çatdırıb ki, X. Natəvan Qarabağın son xanının varisi idi və ailənin sərvətinin böyük bir hissəsini humanitar fəaliyyətə, o cümlədən şəhərə su təminatını həyata keçirən və mühəndislik incisi hesab olunan su kəmərinin çəkilməsinə sərf edib.

Məşhur fotoqraf  ilk dəfə 1992-ci ildə erməni hərbi birləşmələrinin hücumundan əvvəl məqbərənin ərazisində olduğunu və oranın şəkillərini çəkdiyini qeyd edib.

"Şəhər 2020-ci ilin noyabrında işğaldan azad edildikdən sonra mən yenidən oraya qayıtdım və şairənin dəfn edildiyi məzarın dağıdıldığını, hətta onun sümüklərinin qəbrindən çıxarılıb aparıldığını gördüm”, - Reza Deqati qeyd edib.

Dünyaca məşhur fotoqraf qarşılaşdığı hazırkı vəziyyətdən dərin sarsıntı keçirdiyini də gizlətməyib.
 

OXŞAR XƏBƏRLƏR