Dünyaca məşhur iş adamı ağır qəza keçirdi - FOTO

Dünyaca məşhur iş adamı ağır qəza keçirdi - FOTO
DÜNYA
15:47 12.02.2024
162
Dünya şöhrətli iş adamı Riçard Branson ağır qəza keçirib.
    
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Riçard Branson velosiped sürərkən ağır qəza keçirib.

Qan içində çəkdirdiyi fotolarını paylaşan Branson yolda çuxura düşdüyünü və velosipedi ilə havaya uçaraq ağır yaralandığını bildirib.

Daha əvvəl də oxşar qəzalar keçirən Branson ombasında hematoma olduğunu və dirsəyində kəsik olduğunu da deyib.

Qeyd edək ki, 73 yaşlı britaniyalı iş adamı dəbilqə taxdığı üçün qəzadan qurtula bilib.
 
Mikayıl
 

 

 


OXŞAR XƏBƏRLƏR