Dünyaca məşhur K-Pop ulduzu Park Bo Ram 30 yaşında dünyasını dəyişib.
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, polis yeni musiqi layihəsi üzərində çalışan müğənninin ölümü ilə bağlı araşdırmalara başlayıb.
Dostunun sözlərinə görə həddindən artıq spirtli içki qəbul edən Park Bo digər otağa keçib. Uzun müddət otaqdan çıxmayan müğənni huşsuz vəziyyətdə tapılıb.
Müdaxilələrdən sonra öldüyü müəyyən edilən Bo Ramın ölüm səbəbi araşdırılarkən, meyitin yarılması tələb olunub.
Xatırladaq ki, müğənni-bəstəkar və aktyor olan Park Bo Ram bu ilin əvvəlində iki yeni mahnı təqdim edib və son vaxtlar yeni musiqi layihələri üzərində işləyirdi.
Aysel