Dünyaca məşhur müğənni tikdirdiyi məktəblərə baş çəkdi

Dünyaca məşhur müğənni tikdirdiyi məktəblərə baş çəkdi
10:03 05.04.2013
1043

Amerikalı müğənni Madonna Malavidə tikdirdiyi məktəblərə baş çəkib.

AZXEBER.COM-un məlumatına görə, amerikalı müğənni, 54 yaşlı Madonna Afrikadakı Malavi dövlətində yerləşən on məktəbə baş çəkib.Bu məktəbləri pop-kraliça öz hesabına inşa etdirib və onların bütün xərclərini ödəyir.Müğənni məktəbləri gəzməyə Kasunqu şəhərindəki Nikoko ibtidai məktəbindən başlayıb.

Məktəblərdə 4 min şagird oxuyur. Balacalar Madonna üçün mahnı oxuyublar, dünya pop-musiqisinin ulduzu da onlara malavililərin dilində “Zikomo!”, yəni “Sağ olun!” deyib.Madonna hər məktəbdə parta arxasında uşaqlarla birlikdə oturub.Madonnanın övladlığa götürdüyü Devid Banda və Mersi Ceyms də Malavidə doğulublar.O, Devidi 2006-cı, Mersini isə 2009-cu ildə övladlığa götürüb.Madonna yerli hakimiyyət dairələrinə vəd verib ki, uşaqlarına vətəni unutmağa imkan verməyəcək və hər iki-üç ildən bir onları Malaviyə aparacaq.Göründüyü kimi, diva sözünün üstündə dayanıb.

OXŞAR XƏBƏRLƏR