Dünyaca məşhur müğənnidən üzücü xəbər: Səs telləri...

Dünyaca məşhur müğənnidən üzücü xəbər: Səs telləri...
MAQAZİN
13:12 29.02.2024
231
Dünyaca məşhur müğənni Adel uzun illərdən sonra yenidən səsini itirmək təhlükəsi ilə üzləşib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Adel səs telləri zədələndiyi üçün gələn ay konsertlərini təxirə salmalı olub.
 
Müğənni sosial şəbəkədəki açıqlamasında "Səni sevirəm, sənin üçün çox darıxacağam" deyib.

Xatırladaq ki, 2017-ci ildə səsini itirmək təhlükəsi ilə üzləşən Adel konsertlərini yarımçıq qoymalı və uzun müddət səsinə istirahət verməli olub.

Oğlu və sevgilisi ilə danışa bilməyən sənətçi həmin vaxt işarə dili ilə ünsiyyət qurub.
 
Gülay
OXŞAR XƏBƏRLƏR