Dünyaca məşhur qazaxıstanlı müğənninin bacısı ailə qurdu - FOTOLAR

Dünyaca məşhur qazaxıstanlı müğənninin bacısı ailə qurdu - FOTOLAR
MAQAZİN
18:41 05.08.2025
176
Yeddi dildə mahnı oxuyan, 6 oktavalıq səs diapazonuna sahib dünya şöhrətli qazaxıstanlı müğənni Dimaş Kudaibergenin balaca bacısı Rauşan Kudabergenin toyu olub.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkələrdə gəlini yola salmaq üçün ənənəvi qazax mərasimi olan "Kyz-uzatu”dan kadrlar yayılıb.
 
Rauşan Kudaibergen toyunun 2025-ci ilin aprelində olacağını bildirib.

Onun ailə qurduğu gənc isə Qazaxıstanda Musiqili Gənc Tamaşaçılar Teatrının artisti Yermaxan Aymaxandır.

Aysel
 









OXŞAR XƏBƏRLƏR