Dünyanın 1 nömrəli şahmatçısı kimi tanınan Maqnus Karlsen Nyu Yorkda keçirilən Rapid Oyunlar üzrə Dünya Çempionatından qovulub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb idmançının yarışa cins şalvarla qatılması olub.
Qaydalar xatırladılan və cins şalvar geyinməyin qadağan olunduğu xəbərdarlığı edilən Karlsen Beynəlxalq Şahmat Federasiyası tərəfindən 200 dollar cərimə olunub.
Məşhur şahmatçı əsəbiləşərək zalı tərk edib.
Aysel