İtalyan yazıçı, semiotik və mediavist Umberto Eko ötən ilin oktyabrında "Praqa məzarlığı" (Il cimitero di Praga) romanını çap etdirən kimi əsər bestseller olmuşdu.
İndi isə yazıçı bildirir ki, yazar karyerasına son qoya bilər.
Milli.Az xəbər portalı "The Paris Review"ya istinadən bildirir ki, Eko roman yazmaqdan usanmağa başladığını deyib."Hər dəfə roman yazanda düşünürəm ki, ən azı sonrakı iki il ərzində əlimə qələm almayacağam. Çünki roman uşaq kimidir. Onun qayğısına qalmalısınız. O, yeriməyə başlayır, sonra da danışır. İki aydan sonra 80 yaşım tamam olacaq. Yəqin ki, bundan sonra yeni romanlar yazmayacağam və bəşəriyyət də özünü təhlükəsiz hesab edəcək", - Eko deyib.Ekonun hələlik sonuncu romanı "Praqa məzarlığı" oktyabrın 29-da İtaliyada çap olunub. "Bompiani" nəşriyyatı 500 səhifəlik foliantı ölkə üçün nəhəng sayıla biləcək 200 min tirajla çap edib.İndiyədək 3 milyon nüsxə satılmış kitab İtaliya, İspaniya, Meksika, Braziliya və s. ölkələrdə ən çox satılan kitabların reytinqlərində liderdir.Romanın baş qəhrəmanı, mizantrop və saxtakar Simone Simonini bütün millətlər, irqlər və dinlərə nifrət edir, Avropa ölkələrinin az qala yarısının kəşfiyyat strukturları ilə əməkdaşlıq edir.