Dünyaca tanınmış şirkətdən Türkiyəyə 1 milyonluq yardım

Dünyaca tanınmış şirkətdən Türkiyəyə 1 milyonluq yardım
DÜNYA
11:59 10.02.2023
246
Rəqəmsal yayım platforması Disney+ zəlzələ qurbanlarına 1 milyon dollar yardım etməyə hazırlaşır.
 
AZXEBER.COM xəbər verir ki, şirkət eyni zamanda bütün məşhur brendlərlə zəlzələ bölgəsinə səfərbər olunacaq.
 
Jurnalist Birsen Altuntaşın xəbərinə görə, Disney+ və FOX-un fevralın 7-dən etibarən zəlzələ bölgəsinə yardım üçün hazırlaşdığı məlum olub. Şirkət ilk mərhələdə minimum 1 milyon dollar (təxminən 19 milyon TL) dəstək verəcək.
 
Bundan əlavə, Disney Plus brendinin siması Halit Ergenç, Yılmaz Erdoğan, Şahan Gökbakar, Ata Demirer, Can Yaman, Cansu Dere, Demet Özdemir də gələn həftə bütün telekanalların birgə yayımına dəstək verəcək.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR