Dünyada 1 milyarddan çox insan kar ola bilər - Xəbərdarlıq

MARAQLI
11:58 22.11.2022
330
1 milyarddan çox insan eşitmə qabiliyyətini itirə bilər.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, yeni araşdırma qorxulu bir həqiqəti üzə çıxarıb. BMJ Global Health-də dərc olunan araşdırmaya görə, qulaqlıqdan istifadə gənclərdə eşitmə qabiliyyətinin itirilməsinə səbəb olur və gələcəkdə 1 milyarddan çox insanın eşitmə itkisi riski altında olduğunu ortaya çıxarıb.

Qulaqlıqla musiqi dinləmənin və konsertdə yüksək səsə məruz qalmanın erkən yaşlarda eşitmə itkisinə səbəb ola biləcəyini vurğulayan tədqiqatçılar, 12-34 yaş arası şəxslərin qulaqlıqdan sağlamlığa zərərli şəkildə istifadə etdiyini ortaya çıxarıb.

Cənubi Karolina Universitetinin tədqiqatçısı Lauran Dillard yüksək səsin duyğu hüceyrələrini zədələdiyini və qulağın işini təhdid etdiyini bildirib. Güclü səsə məruz qalma davam edərsə qulağın qalıcı zədələnməsinin meydana gəldiyini söyləyən Dillard, fərddə eşitmə itkisi ola biləcəyini də irəli sürüb.

Mütəxəssislər qulaqlıqlı ağıllı telefonda dinlənilən musiqinin səsinin 105 desibelə çata biləcəyini, konsert məkanlarında orta səs səviyyəsinin isə 104 ilə 112 desibel arasında olduğunu bildiriblər.

Eşitmə sağlamlığı üçün təhlükəsiz musiqi dinləmə siyasətinin qurulması və səsin insan sağlamlığı üçün təhlükəsiz səviyyədə saxlanmasının vacibliyi vurğulanır.

Tədqiqatçılar hesab edirlər ki, qulaqlıqdan istifadəni tamamilə aradan qaldırmaq əvəzinə bəzi ehtiyat tədbirləri görülməlidir.

Mütəxəssislər, bəzi telefonlarda səsi tənzimləmək funksiyasının olduğunu da bildirirlər. Dinləmə müddətini azaltmaq və səsi azaltmaq eşitmə itkisinin qarşısını almaq üçün ən yaxşı tədbirdir.
 
Günel

OXŞAR XƏBƏRLƏR