Dünyada 60 milyon insan bu xəstəlikdən əziyyət çəkir

SAĞLAMLIQ
12:40 13.11.2012
2599
Statistik məlumatlara görə, hazırda dünyada 60 milyon insan şizofreniyadan əziyyət çəkir. Şizofreniya skleroz, epilepsiya kimi beyin xəstəliyidir. Bütün xroniki xəstəliklər kimi, bu xəstəliyin də alovlanma və sakitləşmə dövrləri olur.Həkim psixoterapevt Nihad Məmmədovun sözlərinə görə, şizofreniya sağalmayan, amma sakitləşən, dayandırıla bilən bir xəstəlikdir. Xəstəliyin sakitləşmə dönəmi xəstənin yaşadığı mühit, ətrafında olan insanlar, onların davranışlarından çox asılıdır. "Bu xəstəlik adətən 15-35 yaşlarında özünü büruzə verməyə başlayır. 40 yaşından sonra isə bu, nadir hallarda baş verir".Bəzən şizofreniya xəstəliyini şəxsiyyət bölünməsi kimi qəbul edirlər. Şizofreniya xəstələrini çoxları bəzən sakit həyat tərzi keçirən, bəzən isə qəddar bir caniyə dönən insan kimi təsəvvür edirlər. Amma həmsöhbətimiz bunları yanlış fikir sayır. Dediyinə görə, şizofreniya xəstələri nadir hallarda ətrafdakı insanlara zərər verə bilir: "Şizofreniya xəstələrini ikili düşüncəli insan kimi qəbul etmək lazımdır. Məsələn, bəzən sevən, bəzən nifrət edən".Müsahibimiz təəssüf hissi ilə qeyd edir ki, tibb elmində hələ də bu xəstəliyin tam səbəbləri bilinmir. Onun sözlərinə görə, şizofreniya xəstəliyi irsi olaraq da keçə bilir.Şizofrenik xəstələrdə hormonlarda olan bəzi dəyişikliklər xəstəliyin alovlanmasına səbəb ola bilir: "Normal insanlarda səslərə qarşı seçicilik hissi ola bilir, elə səslər var ki, onu normal insanların beyni qəbul etmir, xəstələrdə isə beyin hər bir səsi qəbul edir. Beynin çox səs qəbul etməsi, beynin dincəlməməsinə səbəb olur ki, bu da xəstəliyi alovlandırır".Sağalmayan xəstəlik olan şizofreniyanın yaxşılaşma dövrü remissiya adlanır ki, bundan sonra da xəstəlik alovlana bilər. Şizofrenik xəstələr öz-özüylə danışır, yanında əlavə biri varmış kimi hərəkətlər edirlər. Şizofreniya insanın duyğu və davranışlarında, özünün və ətrafdakılara yaşantısına əhəmiyyətli dərəcədə təsir edən bir xəstəlikdir. Şizofreniya zehin bölünməsi deməkdir. Xəstəliyin səbəbi məlum deyil, sosial, ruhi, ekoloji problemlər zamanı ortaya çıxa bilir. Valideynlərindən birində bu xəstəlik olan insanların şizofreniyaya tutulma ehtimalı 12 faizdir.Bəzən deyirlər ki, uşağınızı döyməyin, şizofreniya olar və yaxud da, çox dərs oxumaq, çox işləmək insanı bu xəstəliyə sala bilər. Amma N.Məmmədova görə, bu tamamilə yalnış fikirlərdir. Onun sözlərinə görə, sevginin də bu xəstəlikdə böyük rolu var: "Belə ki, emosional insanlar ayrılıq əzabına dözə bilmədiyindən, yaşadığı problemlər nəticəsində bu xəstəliyə düşə bilər".Şizofrenik xəstələrdə ətrafa, cəmiyyətə maraq azalır. Bu insanların danışığında da fərqlər hiss olunur. Bəzən onlar təmiz, səlist danışır, dialoq qura bilir, bəzən isə məntiqsiz sözlər danışır, fikirlərini izah edə bilmir, söhbət zamanı danışdığı hadisələri unudurlar. "Şizofrenik xəstələr tənha yaşamağa, fikirləri ilə baş-başa qalmağa can atırlar, amma bəzən bu insanların yaxınlarına olan marağı daha da artır", - deyən psixoterapevt şizofrenik xəstələrin insanları düzgün anlaya bilməməsini də bildirir. Onun sözlərinə görə, belə xəstələr deyilən sözlərin bir neçə mənasını axtarmağa çalışırlar: "Bəzən deyilən sözü müxtəlif yerlərə yozub, öz-özünə nəticə çıxarırlar. Məsələn, hər hansı bir qısqanc qadına evə gec gəlmiş həyat yoldaşı işdə olduğunu deyirsə, əgər qadında xəstəlik varsa, o, bunu müxtəlif yerlərə yozur, danışdıqca danışır. Məntiqsiz kəlmələr işlədir, özünə haqq qazandırmağa çalışır, sonucda böyük bir dava ilə nəticələnir. Amma normal insan sakit şəkildə bu söhbəti apara bilir və verilən cavablara inanmasa belə, özünü inanmış kimi göstərir, aqressiv olmur".Həkimin sözlərinə görə, bu xəstəlik tam sağalmasa da, müəyyən metodlarla sakitləşə bilir. İstər dərman müalicəsi, istərsə də terapiya nəticəsində bu xəstəliyi sakitləşdirmək mümkündür. Yetər ki, xəstələr zamanında müraciət etsinlər."Ekspress" qəzeti

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb