Dünyada 60 milyon insan bu xəstəlikdən əziyyət çəkir

Dünyada 60 milyon insan bu xəstəlikdən əziyyət çəkir
SAĞLAMLIQ
12:40 13.11.2012
2955
Statistik məlumatlara görə, hazırda dünyada 60 milyon insan şizofreniyadan əziyyət çəkir. Şizofreniya skleroz, epilepsiya kimi beyin xəstəliyidir. Bütün xroniki xəstəliklər kimi, bu xəstəliyin də alovlanma və sakitləşmə dövrləri olur.Həkim psixoterapevt Nihad Məmmədovun sözlərinə görə, şizofreniya sağalmayan, amma sakitləşən, dayandırıla bilən bir xəstəlikdir. Xəstəliyin sakitləşmə dönəmi xəstənin yaşadığı mühit, ətrafında olan insanlar, onların davranışlarından çox asılıdır. "Bu xəstəlik adətən 15-35 yaşlarında özünü büruzə verməyə başlayır. 40 yaşından sonra isə bu, nadir hallarda baş verir".Bəzən şizofreniya xəstəliyini şəxsiyyət bölünməsi kimi qəbul edirlər. Şizofreniya xəstələrini çoxları bəzən sakit həyat tərzi keçirən, bəzən isə qəddar bir caniyə dönən insan kimi təsəvvür edirlər. Amma həmsöhbətimiz bunları yanlış fikir sayır. Dediyinə görə, şizofreniya xəstələri nadir hallarda ətrafdakı insanlara zərər verə bilir: "Şizofreniya xəstələrini ikili düşüncəli insan kimi qəbul etmək lazımdır. Məsələn, bəzən sevən, bəzən nifrət edən".Müsahibimiz təəssüf hissi ilə qeyd edir ki, tibb elmində hələ də bu xəstəliyin tam səbəbləri bilinmir. Onun sözlərinə görə, şizofreniya xəstəliyi irsi olaraq da keçə bilir.Şizofrenik xəstələrdə hormonlarda olan bəzi dəyişikliklər xəstəliyin alovlanmasına səbəb ola bilir: "Normal insanlarda səslərə qarşı seçicilik hissi ola bilir, elə səslər var ki, onu normal insanların beyni qəbul etmir, xəstələrdə isə beyin hər bir səsi qəbul edir. Beynin çox səs qəbul etməsi, beynin dincəlməməsinə səbəb olur ki, bu da xəstəliyi alovlandırır".Sağalmayan xəstəlik olan şizofreniyanın yaxşılaşma dövrü remissiya adlanır ki, bundan sonra da xəstəlik alovlana bilər. Şizofrenik xəstələr öz-özüylə danışır, yanında əlavə biri varmış kimi hərəkətlər edirlər. Şizofreniya insanın duyğu və davranışlarında, özünün və ətrafdakılara yaşantısına əhəmiyyətli dərəcədə təsir edən bir xəstəlikdir. Şizofreniya zehin bölünməsi deməkdir. Xəstəliyin səbəbi məlum deyil, sosial, ruhi, ekoloji problemlər zamanı ortaya çıxa bilir. Valideynlərindən birində bu xəstəlik olan insanların şizofreniyaya tutulma ehtimalı 12 faizdir.Bəzən deyirlər ki, uşağınızı döyməyin, şizofreniya olar və yaxud da, çox dərs oxumaq, çox işləmək insanı bu xəstəliyə sala bilər. Amma N.Məmmədova görə, bu tamamilə yalnış fikirlərdir. Onun sözlərinə görə, sevginin də bu xəstəlikdə böyük rolu var: "Belə ki, emosional insanlar ayrılıq əzabına dözə bilmədiyindən, yaşadığı problemlər nəticəsində bu xəstəliyə düşə bilər".Şizofrenik xəstələrdə ətrafa, cəmiyyətə maraq azalır. Bu insanların danışığında da fərqlər hiss olunur. Bəzən onlar təmiz, səlist danışır, dialoq qura bilir, bəzən isə məntiqsiz sözlər danışır, fikirlərini izah edə bilmir, söhbət zamanı danışdığı hadisələri unudurlar. "Şizofrenik xəstələr tənha yaşamağa, fikirləri ilə baş-başa qalmağa can atırlar, amma bəzən bu insanların yaxınlarına olan marağı daha da artır", - deyən psixoterapevt şizofrenik xəstələrin insanları düzgün anlaya bilməməsini də bildirir. Onun sözlərinə görə, belə xəstələr deyilən sözlərin bir neçə mənasını axtarmağa çalışırlar: "Bəzən deyilən sözü müxtəlif yerlərə yozub, öz-özünə nəticə çıxarırlar. Məsələn, hər hansı bir qısqanc qadına evə gec gəlmiş həyat yoldaşı işdə olduğunu deyirsə, əgər qadında xəstəlik varsa, o, bunu müxtəlif yerlərə yozur, danışdıqca danışır. Məntiqsiz kəlmələr işlədir, özünə haqq qazandırmağa çalışır, sonucda böyük bir dava ilə nəticələnir. Amma normal insan sakit şəkildə bu söhbəti apara bilir və verilən cavablara inanmasa belə, özünü inanmış kimi göstərir, aqressiv olmur".Həkimin sözlərinə görə, bu xəstəlik tam sağalmasa da, müəyyən metodlarla sakitləşə bilir. İstər dərman müalicəsi, istərsə də terapiya nəticəsində bu xəstəliyi sakitləşdirmək mümkündür. Yetər ki, xəstələr zamanında müraciət etsinlər."Ekspress" qəzeti
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı
20:49 22.09.2026
Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı
Bugünkü müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
20:47 22.09.2026
Bugünkü müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında - FOTO
20:33 22.09.2026
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında - FOTO
Tramp BMT iclasında İlham Əliyevdən sitat gətirdi
20:30 22.09.2026
Tramp BMT iclasında İlham Əliyevdən sitat gətirdi
Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İddia
20:18 22.09.2026
Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İddia
Gələn ildən Naxçıvanda geoloji kəşfiyyat işləri başlayacaq - Prezident açıqladı
20:00 22.09.2026
Gələn ildən Naxçıvanda geoloji kəşfiyyat işləri başlayacaq - Prezident açıqladı
“Cəmi 4 il ərzində icra edilməlidir” - Prezident göstəriş verdi - Foto
19:58 22.09.2026
“Cəmi 4 il ərzində icra edilməlidir” - Prezident göstəriş verdi - Foto
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı
19:55 22.09.2026
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - Rəsmi
19:46 22.09.2026
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - Rəsmi
BMT Baş katibi: Təkcə texnoloji üstünlük və iqtisadi güc sabitliyi təmin edə bilməz
19:28 22.09.2026
BMT Baş katibi: Təkcə texnoloji üstünlük və iqtisadi güc sabitliyi təmin edə bilməz
Belqorodun keçmiş vitse-qubernatoru Ukraynadakı müharibədə öldü
19:12 22.09.2026
Belqorodun keçmiş vitse-qubernatoru Ukraynadakı müharibədə öldü
Rubio: Tramp BMT-də Pezeşkianla görüşə hazırdır
18:56 22.09.2026
Rubio: Tramp BMT-də Pezeşkianla görüşə hazırdır
Peskov: Rusiya uzunmüddətli sülhün əldə olunmasında maraqlıdır
18:40 22.09.2026
Peskov: Rusiya uzunmüddətli sülhün əldə olunmasında maraqlıdır
“İran Air”: İstanbul və Bakıya uçuşlar davam edir
18:29 22.09.2026
“İran Air”: İstanbul və Bakıya uçuşlar davam edir
"Reuters": ABŞ təzyiqi azaltsa, İran Hörmüz boğazını açmağa hazırdır
18:10 22.09.2026
"Reuters": ABŞ təzyiqi azaltsa, İran Hörmüz boğazını açmağa hazırdır
Tural Abbaslının metro ilə bağlı səsləndirdiyi fikrə RƏSMİ CAVAB
17:51 22.09.2026
Tural Abbaslının metro ilə bağlı səsləndirdiyi fikrə RƏSMİ CAVAB