xari

Dünyada bir ilk: Yeməli koronavirus peyvəndi hazırlanır - VİDEO

MARAQLI
15:36 16.04.2021
331
Rusiyanın Eksperimental Tibb İnstitutunun (İEM, Sankt-Peterburq) alimləri dünyanın ilk yeməli koronavirus peyvəndinin yaradılması üzərində işləyirlər.

"RİA Novosti”nin məlumatına görə, bu barədə institutun direktoru Aleksandr Dmitriyev bildirib.

Ryajenka (mayalanmış bişmiş süd) dadı verəcək mukozal vaksinin klinika öncəsi sınaqlarının bir il içində tamamlanması planlaşdırılır..
 
İdeya müəllifi Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Suvorov yeyilə bilən vaksinin əsas üstünlüyünün onun ucuz olması, hazırlanmasının sadə və sürətli başa gəlməsi, həmçinin dadlı olmasında göstərib.

O, bunun daha çox fermentləşdirilmiş bişmiş südə bənzədiyini deyib.

"Laboratoriya siçanları, siçovullar və dovşanlar bu fermenti məmnuniyyətlə istehlak edirlər. Eyni zamanda, əla bir immun reaksiya meydana gəlir və hələ heç bir yan təsir müşahidə edilməyib”, - deyə Suvorov vurğulayıb.

OXŞAR XƏBƏRLƏR