Şimali Koreya COVİD-19 epidemiyasına qarşı ənənəvi müalicə üsullarından istifadə edir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, COVİD-19 yoluxmalarının yayılmağa başladığını açıqlayan Şimali Koreya rəhbərliyi epidemiya ilə ənənəvi üsullarla mübarizə aparır.
Koreya rəhbərliyinin Çinin 3 milyon dozalıq peyvənd təklifini rədd etdiyi bildirilib.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin xəbərinə görə, son 24 saatda 262 min 270 nəfərdə yüksək hərarət əlamətləri müşahidə olunduğu üçün aprel ayının sonundan bu yana ölkədə yüksək hərarətli insanların sayı 1 milyon 980 min nəfərə yüksəlib. Dövlət mediası isə onun "yüksək hərarət” kimi qələmə verdiyi xəstəliyə qarşı ənənəvi üsulları tövsiyə edir.
Çox ağır xəstəliyi olmayanlara zəncəfil çayı, hanımeli çayı kimi bitki çayları içməyi tövsiyə edilib. Eyni zamanda duzlu suyun həm boğazda, həm də burunda soyuqdəyməyə səbəb olan viruslarla mübarizə aparmağa kömək edə biləcəyi deyilib.
Şimali Koreya rəsmiləri bu üsulun COVİD-19-a qarşı təsirli olduğunu iddia edirlər.
Ayşən