Dünyada bu oyuncaqlara tələbat artdı

Dünyada bu oyuncaqlara tələbat artdı
DÜNYA
13:57 23.02.2026
387
Sosial şəbəkələrdə geniş rezonans doğuran meymun hadisəsi dünyada meymun oyuncaqlarının satışına da təsir göstərib. 

AZXEBER.COM xəbər verir ki, oyuncağın satışında ciddi çatışmazlıq yaranıb. 

İnsanların meymunun düşdüyü vəziyyətdən emosional şəkildə təsirlənməsi nəticəsində oxşar obrazda olan oyuncaqlara maraq sürətlə artıb.

Məlumata görə, xüsusilə IKEA şirkətinin satışa çıxardığı meymun oyuncağına tələbat kəskin yüksəlib. Qısa müddət ərzində Yaponiya, ABŞ və Cənubi Koreya kimi ölkələrdə məhsulun satışında ciddi çatışmazlıq yaranıb.

Artan maraq qiymətlərə də təsirsiz ötüşməyib. Bildirilir ki, bəzi hallarda oyuncaqlar ilkin satış qiymətindən dəfələrlə baha təklif olunub. Bir ədəd meymun oyuncağının 200, 300, hətta 500 dollara alındığı iddia edilir.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR