Ötən ay dünyada "ən isti yanvar" kimi qeydə alınıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Avropa Birliyinin (Aİ) Kopernik peyk izləmə sistemi ilə aparılmış ölçmələrə görə, keçən ayın indiyə qədər qeydə alınan "ən isti yanvar" olduğu bildirilib.
Kopernik tərəfindən edilən şərhdə, ötən yanvar ayında orta səth hava istiliyinin 13,14 dərəcə olaraq ölçüldüyü ifadə edilib.
Bildirilib ki, bu ölçü 1991-2020-ci illərin yanvar ayı orta göstəricisindən 0,70 dərəcə, 2020-ci ildə qeydə alınan əvvəlki ən isti yanvardan isə 0,12 dərəcə yüksəkdir.
Açıqlamada, son 8 ayın ardıcıl olaraq qeydə alınan ən isti aylar olduğu və son 12 ayda (2023-cü ilin fevral - 2024-cü ilin yanvar ayı) qlobal orta temperaturun 1991-ci ildən 0,64 dərəcə Selsi üzərində ölçüldüyü bildirilib.
Avropada keçən ay havanın temperaturu şimal və cənub bölgələrində fərqli olub. Skandinaviya ölkələrində 1991-2020-ci illərin orta göstəricisindən xeyli aşağı olan temperaturlar cənub ölkələrində bu orta göstəricidən xeyli yuxarı ölçülüb.
Şərqi Kanadada, Şimal-Qərbi Afrikada, Yaxın Şərqdə və Mərkəzi Asiyada temperatur orta səviyyədən xeyli yuxarı, Qərbi Kanada, Mərkəzi Amerika və Şərqi Sibirdə isə orta səviyyədən aşağı olub.
Açıqlamada Kopernik İqlim Dəyişikliyi Xidmətinin direktor müavini Samanta Burgessin "İstixana qazlarının tullantılarının sürətlə azaldılması qlobal temperaturun artımını dayandırmağın yeganə yoludur” xəbərdarlığı yer alıb.
Mikayıl