Rəqəmsal dünya dilinin bir parçası sayılan və müxtəlif vəziyyətlərin simvollarını ehtiva edən emojilər virtual platformalarda, xüsusilə sosial media platformalarında və mesajlaşma proqramlarında geniş şəkildə istifadə edilir.
AZXEBER.COM xəbər verir ki, Crossword-Solver saytının emojilərlə bağlı araşdırmasına görə, 3000-dən çox emoji mövcuddur. Minlərlə emoji olsa da, onlardan bəziləri istifadəçilər tərəfindən daha çox seçilir.
Ən çox istifadə edilən emojilər siyahısında ilk 2-lik gülən üz və sevinc göz yaşları olan ürək emojiləridir. Sevinc göz yaşları ilə gülən üz emojisi 75 ölkədə ən çox istifadə edilən emoji kimi seçilir.
Böyük Britaniyada ürək, Hindistanda birləşmiş əllər (dua edən əllər), Səudiyyə Ərəbistanında ağ ürək, İsveçrədə ölkə bayrağı emojisi daha çox istifadə olunur.
Gülay