Dünyada ən çox istifadə edilən 10 şifrə: Qırılmağı 1 saniyə çəkir

MARAQLI
10:26 04.05.2023
236
Şifrə meneceri proqramı "NordPass" tərəfindən hər il paylaşılan "Ən ümumi parollar" hesabatı 4 May Ümumdünya Şifrə Günündə yayımlanıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, məlumatların pozulması səbəbindən sızan parollar istifadəçilərin bu mövzuda kifayət qədər tədbir görmədiyini göstərir.

Məlumat pozuntuları nəticəsində sızan parollardan ibarət olan hesabata görə, "guest" ən çox yayılmış parollar arasında birinci yerdədir. 2021-ci ildə ən çox istifadə edilən parol olan "123456” isə ikinci yerdədir.

Ən çox istifadə edilən 10 parol:

"guest"

123456

'password"

12345

a1b2c3

123456789

Password1

1234

abc123

12345678

İstifadəçilər parol təyin edərkən daha sadə olmağa üstünlük verirlər. Klaviaturadakı rəqəmlərin, hərflərin və simvolların asan birləşmələri bütün dünyada parolların əksəriyyətinə daxildir.

Fırıldaqçılar isə istifadə etdiyiniz digər xidmətlərə daxil ola bildiyi üçün hesablarınızdan birinı sındırarsa, bu sizi təhlükəli vəziyyətə sala bilər.

Qeyd edək ki, sözügedən parollar hakerlər tərəfindən 1 saniyə və ya daha az müddətdə sındırıla bilər.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR