Dünyada hər kəs bu kişidən danışır: Eyni gündə 3 test verdi və...

Dünyada hər kəs bu kişidən danışır: Eyni gündə 3 test verdi və...
DÜNYA
01:20 25.08.2022
871
36 yaşlı italiyalı kişinin koronavirus, meymunçiçəyi və HİV analizləri eyni gündə pozitiv nəticə göstərib.

AZXEBER.COM xəbər verir ki, bu barədə İtaliya mətbuatı xəbər yayıb.
 
Məlumata görə, həmin şəxsdə qızdırma, boğaz ağrısı, yorğunluq və limfa düyünlərinin böyüməsi kimi əlamətlər özünü göstərib. 
 
9gün sonra onun koronavirus testi pozitiv çıxıb.

İyulun 6-da isə aparılan analizlər göstərib ki, zamanla xəstənin üzündə və bədəninin müxtəlif nahiyələrindəki ləkələrin əmələ gəlməsinin səbəbi hər üç virusa - meymunçiçəyi, koronavirus və HİV-ə yoluxmasıdır.

Qeyd edək ki, Kataniya və Palermo universitetlərinin alimləri 3 xəstəliyin eyni anda bir şəxsdə aşkarlanması halına ilk dəfə rast gəldiklərini bildirirlər.
OXŞAR XƏBƏRLƏR