Merilend Universitetinin alimləri ürək çatışmazlığı səbəbindən həyatı təhlükədə olan xəstəyə donuz ürəyinin transplantasiyası əməliyyatını həyata keçiriblər.
AZXEBER.COM xəbər verir ki, bu, dünyada ikinci analoji hal olub.
Ürək çatışmazlığından əziyyət çəkən 58 yaşlı ABŞ Hərbi Dəniz Qüvvələri veteranı Lourens Fosett əsas tibbi şərtlərə görə insan ürəyinin transplantasiyası üçün uyğun olmayıb.
O, dünyada donuz ürəyi alan ikinci xəstə kimi tarixə düşüb. Əməliyyatdan iki gün sonra kişi stulda oturmağa başlayıb. Növbəti bir neçə həftə kritik olsa da, həkimlər xəstənin xarici orqana qarşı yaxşı immun reaksiyasını nəzərə alaraq nikbindirlər.
Heyvandan insana orqan transplantasiyası uğursuz olur, çünki insanların immun sistemi yad toxuma qəbul etmir. Elm adamları bu yaxınlarda orqanları insana bənzəyən geni dəyişdirilmiş donuzlardan istifadə etməklə yeni təcrübələr aparırlar.
Ayşən