Antarktidada ilk dəfə quş qripi virusu aşkar edilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, alimlər quş qripi virusunun Britaniyanda Quş adasında aşkar edildiyini açıqlayıblar.
Elm adamları qitədə ilk dəfə rast gəlinən virusun Antarktidanın zəngin canlı populyasiyasına dağıdıcı təsir göstərə biləcəyini düşünürlər.
Britaniya Antarktika Tədqiqat İnstitutundan (BAS) bildirilib ki, adadakı quşlardan götürülmüş nümunələr H5N1 üçün müsbət olub.
Antarktika Araşdırma Elmi Komitəsinin bölgəyə çatan quş qripinin təsirləri ilə bağlı hazırladığı hesabatında bölgədəki pinqvinlərlə yanaşı, suitilər, dəniz aslanları, skua və qağayıların da risk altında olduğu ortaya çıxıb.
Mikayıl