Dünyada ilk: Kosmosda zibil buraxan şirkət cərimələndi

Dünyada ilk: Kosmosda zibil buraxan şirkət cərimələndi
DÜNYA
11:27 04.10.2023
172
ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) Yer orbitində kosmik zibil buraxdığına görə Dish Network-u 150 min dollar cərimələyib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ilk dəfədir ki, bir şirkət kosmosda zibil buraxdığına görə cərimələnib.
 
FCC Dish Network-a tətbiq edilən cərimənin köhnə peyk olan EchoStar-7-ni istifadədə olan digər peyklərdən kifayət qədər uzaqlaşdıra bilmədiyi üçün tətbiq edildiyini və peykin Yer kürəsinin orbitində olan digər peyklər üçün potensial risk yaratdığını bildirib.
 
Dish Network şirkəti EchoStar-7 peykini 2002-ci ildə kosmosa çıxarıb və peykin ömrü keçən il başa çatıb. Şirkət peyki Yerdən 300 kilometr uzaqlaşdırmalı idi, lakin peykin yanacağı bitdiyi üçün onu 122 kilometr uzaqlaşdıra bilib.
 
Kosmik tullantılar Yer ətrafında orbitdə olan, lakin artıq istifadə olunmayan və toqquşma riski altında olan texnologiya parçalarından ibarətdir. 1967-ci ildən bəri Yer orbitinə 10 mindən çox peykin buraxıldığı təxmin edilsə də, bu peyklərin yarıdan çoxu hazırda istifadə olunmur. NASA-nın məlumatına görə, uzunluğu 10 santimetrdən çox olan 25 mindən çox kosmik dağıntı var.

Keçən iyul ayında verdiyi açıqlamada NASA prezidenti Bill Nelson kosmos zibilinin "böyük problem" olduğunu ifadə edərək, "Saatda 17.500 mil orbital sürəti ilə yanlış istiqamətdə gələn bir boya parçası belə kosmosda gəzən astronavta dəyə bilər. Bu ölümcül ola bilər”, - deyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR