Avstraliyalı alimCenni Qreyvskişilərin "yer üzündən tamamilə silinəcəyi" təqribi vaxtı müəyyənləşdirib. Trend-in cümə axşamı xarici KİV-ə istinadən verdiyi məlumata görə, alimin hesablamalarına əsasən, təqribən 5 milyon ildən sonra yer üzündə kişi qalmayacaq. Buna səbəb kimi kişi genlərinin formalaşmasına cavabdeh olan Y xromosomunun zəif olması və getdikcə dağılması göstərilir. Qadınlarda isə X xromosomları zədələnmiş genləri dəyişdirməyə imkan verir.