Dünyada koronavirusa yoluxanların sayı 280 milyona çatıb

Dünyada koronavirusa yoluxanların sayı 280 milyona çatıb
DÜNYA
14:47 26.12.2021
291
Dünyada koronavirusa yoluxanların sayı 280 milyona çatıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universiteti məlumat yayıb.

Gün ərzində koronavirusa yoluxma hallarının sayı 279 milyon 477 min 572-yə yüksəlib.

Virusun yayılmasından indiyədək 5 milyon 396 min 885 nəfər dünyasını dəyişib.

Dünyada yoluxma üzrə birinci və ikinci yerləri ABŞ və Hindistan bölüşür. ABŞ-da 52 milyon 95 min 411 yoluxma və 816 463 ölüm halı qeydə alınıb. Hindistanda COVID-19-a yoluxanların sayı 34 milyon 786 min 802, ölənlərin sayı isə 479 682 nəfərə çatıb.

OXŞAR XƏBƏRLƏR